Wall Street Journalın iqtisadçılar ilə apardığı sorğu, Fedin faiz artırması üçün Mart ayına qədər gözləyəcəyini proqnozlaşdırıldığını ortaya qoydu.
WSJ-nin sorğusuna görə, Mart ayında faiz artırımı gözləyənlərin nisbəti 66 faiz və Fedin İyun ayına qədər faiz artırmayacağını güman edənlərin nisbəti isə 25 faiz olub.
İqtisadçıların çoxu Fedin əlində saxladığı aktivlərdən gəlirləri investisiyaya istiqamətləndirməyə 2017-ci ilə qədər davam edəcəyini təxmin edərkən, Fed-in balansının bu il azalmağa başlayacağını nəzərdə tutanların faizi 23-də qalıb.
İqtisadçıların 66 faizi Fedin istiqraz gəlirlərini investisiyaya istiqamətləndirməyə 2017-də son verəcəyinə inanır.
WSJ-nin 8-12 Yanvar tarixlərində 76 iqtisadçıların iştirakı ilə keçirdiyi sorğu, ABŞ iqtisadiyyatının gələn il durğunluğa girəcəyini güman edənlərin nisbətinin 17 faiz olduğunu da göstərib. Bu, son 3 ilin ən yüksək nisbətidir.
(marja)