Azərbaycan Respublikası Mərkəzi Bankında Xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üzrə tender elan edilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı Xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması məqsədilə açıq tender keçirir.
“Marja” xəbər verir ki, tender proseduru 01 mart 2016-cı il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
– iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 20 aprel 2016-cı il tarixinədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
– Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən sənəd;
– təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənəd;
– Əsas şərtlər toplusunda nəzərdə tutulmuş İddiaçıya dair digər məlumatlar.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 29 fevral 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 18 fevral 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanında yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir.
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında hesaba ödəyə bilərlər.
Xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 6 (altı) ay ərzində.
İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram və texniki platformaların spesifikasiyası).
enderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Nəbi Əliyev (Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin əməkdaşı). Telefon: 493-11-22 (558), faks: 493-55-41, elektron poçt ünvanı: