AXCP üzvü şərlənəcəyi barədə xəbərdarlıq alıb

AXCP Gənclər komitəsinin üzvü Məhəmməd Mirzəli siyasi fəaliyyətinə görə təqiblərlə üzləşdiyini bildirib. Redaksiyamıza gələrək bu barədə özü danışıb. Onun dediyinə görə  18 yaşı tamam olan kimi AXCP sıralarına qoşulub. İlk günlərdən feysbuk sosial şəbəkəsində fəallığı ilə seçilib.  Bundan sonra  yaşadığı Göyçay rayonunda atasına xəbərdarlıq edilib. Müəyyən dövrdə atasına da təzyiqlər olunub. Hətta işdən də çıxarılıb. Daha sonra həqiqi hərbi xidmətə gedib. Ötən ilin oktyabrında hərbi xidmətdən qayıtdıqdan sonra Goyçay rayon polis idarəsinə çağrılıb. Siyasətdən uzaq olması üçün xəbərdarlıq edilib. Barəsində məhkəmənin hökmü ilə 20 sutkalıq inzibati həbs cəzası da verilib.

Məhəmməd Mirzəli həmin vaxt polis rəisi tərəfindən narkotik maddə vəya qadınla şərlənə biləcəyi barədə ona xəbərdarlıq edildiyini də bildirir. Bundan sonra o, Bakı şəhərinə gələrək burada işləməyə başlayıb. Bu gün isə ona rayondan xəbər göndərib polis tərəfindən axtarılması haqda məlumat verilib.

 

azadliq.info