Taleh Bağırzadəni ay yarımdır bir paltarda saxlayırlar

tale-bagirzade3Həbs edilən ilahiyyatçının qardaşı: «Niyə silah çəkib namaz qılanları öldürdülər?»

Nardaranda həbs edilmiş Taleh Bağırzadənin qardaşı Elşən Bağırov «Azadlıq» qəzetinə müsahibə verib.

Taleh ay yarımdan çoxdur ki, qanunsuz olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Həbs olunandan bəri üzünü görmüşük, telefonda səsini eşitmişik. Heç apardığımız paltarları sovqatı da götürmürlər. “Banditizmadlanan idarəyə üç gündən bir gedirəm, paltar, sovqat aparıram, geri qaytarırlar. Deyirlər ki, tapşırılıb, olmaz. Bu adam bir aydan çoxdur ki, bir paltarın içində, iylənmiş vəziyyətdədir. Əgər adi paltara imkan verilmirsə, özünün hansı vəziyyətdə olduğunu təsəvvür eləmək çətin deyil. Axırıncı dəfə məhkəməyə çıxarılanda da halsız vəziyyətdə olub. Ona işgəncə verilib. Vəkil deyir ki, işgəncə nəticəsində burnu sınıb. Bir sözlə, insan hüquqları tapdalanır.

Hansı səbəbi gətirib sovqatı, paltarı götürmürlər?

Qəti tapşırıq verilib ki, heç götürmək olmaz.

Qardaşınıza qarşı irəli sürülən ittihamlar barədə düşünürsüz?

İttihamlar qanunsuz əsassızdır. Bu hadisədən əvvəl onu polis idarəsindən, MTNdən çağırmışdılar. Hara çağırıblarsa, hamısını sayıb, gedib. Niyə vəziyyəti bu həddə çatdırdılar, niyəterrorçuadını qoydular, niyə maskalılar namaz qılınan otağa basqın edib, silah çəkib namaz qılanları öldürdülər, niyə qan töküldübu vaxta qədər bilinmir. Qanunsuz əməliyyat idi. İndiyə qədər qanunsuz saxlanılır.

Vəkil vasitəsilə ailə üzvlərinə bir xəbər göndəribmi?

Uzun cəhdlərdən sonra vəkil onunla görüşə bilib, o da müstəntiqin otağında. Təkbətək görüşə imkan verilməyib. Görüşdə başqaları da iştirak edib. Elə məsələlər var ki, onu başqalarının yanında demək olmur. Aydın məsələdir ki, ona işgəncə verilib, amma üstündən bir xeyli keçdiyinə görə işgəncə izlərinin bir qismi gedib. Amma qalanlar da var. Dediyim kimi, ən azı, burnunun sınması ona işgəncə verilməsinin sübutudur. Əgər adama adicə paltarını dəyişməyə imkan verilmirsə, başqa nədən danışmaq olar?

Məlum olduğu kimi, Taleh Bağırzadə ölkənin konstitusion quruluşunu dəyişmək, dini dövlət yaratmaq cəhdində ittiham olunur. Onun belə bir niyyəti vardımı?

O, həmişə çıxışlarında da qeyd edirdi ki, Azərbaycanın sırf islam dövləti olması istəyi yoxdur. Eyni zamanda, bildirirdi ki, “mən qanunsuzluğa, haqsızlığa qarşı çıxıram, bu cür halları, məmur özbaşınalığını tənqid edirəm ki, yuxarıdakılar da görsün ki, adamlara qarşı hansı haqsızlıqlar var“. Mənim qardaşımın başqa bir niyyəti, planı olmayıb. Taleh Bağırzadə dövlətçiliyin əleyhinə çıxıb, bu məqsədlə hansısa işlər görüb. Bütün bunlar barədə deyilənlər qurama söhbətlərdir.

Taleh Bağırzadənin Nardaranda olmasının səbəbi idi?

Taleh axırıncı dəfə həbsdən çıxandan sonra onu heç bir dini söhbətlərə, məscidlərə, moizələrə girməyə qoymurdular. Nardarandakı dostları vardı, qonaq kimi çağırırdılar. Elə bir vəziyyət yaratdılar ki, Taleh orada olsun, həm Nardaranı belə vəziyyətə salsınlar, həm onun özünü həbs eləsinlər.

Demək istəyirsiniz ki, Taleh Bağırzadənin Nardarana çağırılması təxribat idi?

Bəli, mən bu fikirdəyəm.

Kimlər çağırmışdı onu?

Dostları da orada qalırdı, o dostların günahı yoxdur. Amma bu işin içində bir var

Belə məlumatlar yaydılar ki, Taleh Bağırzadə Hardaranda adamları toplayaraq, onlarla siyasi söhbətlər aparıb, çevriliş planları müzakirə edib

Talehgil həbs olunan gün İmam Hüseynin qırxı idi. Həmin vaxt Talehin orada olmasının səbəbi bu idi. Adamlara dindən, imamlardan danışırdı. Alimin qarşısına yığılanlar da dosttanışı olur, iman əhli olur. Bunlar isə elə düzübqoşublar, şəkilləri elə yayıblar ki, guya, camaatı ayağa qaldırmaq istəyirmiş. Yalandır, orada elə söhbətlər olmayıb.

– Haradaranda bu əməliyyat nəticəsində dünyasını dəyişənlər oldu, bir xeyli adam həbs edildi. Buna görə nardaranlılardan Taleh Bağırzadəni günahlandıranlar olubmu?

Yox, qətiyyən belə bir hal olmayıb.

Bəziləri Taleh Bağırzadənin İranın adamı olduğunu iddia edir. Bu barədə düşünürsüz?

Mənim qardaşımın İranla heç bir əlaqəsi yoxdur. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirəndən sonra İranın Qum şəhərində dini təhsil alıb. Qayıdıb gələndən ora ilə heç bir əlaqəsi olmayıb, ora getməyib. Talehi İranın adamı kimi qələmə vermək üçün televiziyalarda onun alimin əlini öpdüyü vaxt çəkilmiş şəkli göstərdilər. Əgər o alim Azərbaycana gəlibsə, deməli, bunların ona hörməti var ki, buna imkan yaradıblar. Bunların hamısı qurama söhbətlərdir.

Bildirdiniz ki, Taleh Bağırzadə heç bir cinayət törətməyib. Bəs sizcə, onun həbsinin əsl səbəbi nədir?

Talehin həbsinin əsl səbəbi ölkədə baş verən haqsızlıqları, qanunsuzluqları dilə gətirməsi, məmurların əməlləri barədə açıq danışması, hökuməti tənqid etməsidir.

Aytən Məmmədova