Sumqayıtda yaşayış binasında yanğın: 16 nəfər təxliyə olundu

yanginsondurenSumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.