Qazaxıstan parlamenti (Məclis) özünün buraxılması üçün 13 yanvar iclasında ölkə başçısı Nursultan Nazarbayevə müraciət edib. Deputatlar yekdilliklə belə qərara gəlib ki, bu il Məclisə növbədənkənar seçkilər keçirilməlidir.
Müraciətdə qeyd edilib ki, indiki məsuliyyətli vaxtda antiböhran tədbirlərinin aktiv həyata keçirilməsi üçün geniş ictimai konsolidasiya lazımdır.
İndiki parlamentin səlahiyyətləri bu ilin payızında başa çatır.