Xalq artıq dözə bilmir. Bir gün də itirmədən təcili tədbirlər görülmək lazımdır. İlk növbədə unun, çörəyin qiyməti aşağı salınmalıdır. Hazırda Dövlət Taxıl Fondunda büdcə hesabına alınmış 750 min ton taxıl ehtiyatı var. Bu ehtiyat Azərbaycanın tələbatını 7 ay ərzində ödəməyə kifayətdir. Bir halda ki, bu qədər taxıl hələ devalvasiyadan əvvəl alınıb anbarlara vurulub, unun, çörəyin qiyməti nəyə görə qaldırılır, həm də belə sürətlə. Bacarıqsızlıq və acgözlüyün qarışığından əcaib bir şey alınıb. Hakimiyyət açıq-aşkar məsuliyyət hissini itirib.
Xalqın əcəbləri ilə oynayırsınız. Təcili şəkildə ciddi anti-böhran tədbirlərinə başlamaq lazımdır. İlk addım isə unun, çörəyin və yanacağın qiymətinin aşağı salınması olmalıdır.



