Çində dövlət istiqraz vərəqələri, Çin Mərkəzi Bankının (PBOC) bazara nağd vəsait ayırmasını artırması, səhmlər və valyuta bazarlarındakı volatilliyin etibarlı liman xarakterli aktivlərə tələbatı artırmasından sonra dəyər qazanıb və bunun nəticəsində 10 illik istiqrazların faizi rekord aşağı səviyyəyə geriləyib.
Bloomberg yazır ki, Honq Konqda əməliyyat görən offshore yuan, Şanxayda əməliyyat görən onshore yuan ilə aradakı fərqin bağlanmasının ardınan PBOC-un bazara müdaxilə etməyəcəyi fərziyyələrinin təsiri ilə, son altı gündə ilk dəfə ucuzlaşıb. Çin səhmləri, ötən ilin yaz dövründəki satış dalğası zamanı gördüyü ən aşağı səviyyədən də aşağı düşüb.
2025-ci ilin Oktyabr ayında vaxtı bitəcək istiqrazların faizi üç faiz bəndi azalma ilə 2.70%-ə enərək, Sentyabr 2007-ci ilə qədər gedən göstəricilər nəzərə aldıqda ən aşağı səviyyəsinə enib. Əvvəlki dib səviyyə, qlobal maliyyə böhranı zamanı, Yanvar 2009-da 2.72 faiz ilə görülüb.
(marja)