cemilhesenli

Cəmil Həsənli Qazaxıstan nümunəsindən yazdı

cemilhesenliMilli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Qazaxıstanın böhrandan çıxmaq üçün atdığı addımlardan yazıb:

“Dostlar! Qazaxıstan Respublikası vaxtından əvvəl parlament seçkilərinə gedir. Onlar bunu böhrandan çıxışla bağlı daha etimadlı parlament yaratmaq zərurəti ilə izah edirlər. Deputatlar prezident Nazarbayevə müraciətlərində qeyd edirlər ki, indiki məsuliyyətli vaxtda antiböhran tədbirlərinin aktiv həyata keçirilməsi üçün geniş ictimai konsolidasiya ehtiyac vardır. Bu addım Qazaxıstanda başlanmış islahatçılıq kursuna etimadı gücləndirə bilər. Mən avqust ayındakı statuslarımın birində Qazaxıstana səfərim və orada həyata keçirilən reformalar haqqında yazmışdım. Bizdən fərqli olaraq onlar orta və kiçik biznesə daha böyük meydan veriblər, fermer təsərrüfatlarını, bütövlükdə kəndli təsərrüfatını ucuz kredit, faizsiz bank vəsaitləri, maşın və texnika ilə təmin edə biliblər. Bəzi sahələrdə dövlət monopoliyası istisna olmaqla Qazaxıstan demək olar ki, inhisarçılığı aradan qaldıra bilib. Nazarbayev hökumət üzvlərinin və vəzifəli şəxslərin bizneslə məşğul olmasına qəti qadağanlıq qoyub. Bu addım az da olsa ölkədə rəqabət mühiti yarada bilib. Növbədənkanar parlament seçkiləri keçirmək təşəbbüsü ilə qazaxlar görünür siyasi islahatların anonsunu verirlər”.