İstanbulda törədilən terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanıb. CNN Turk-ün məlumatına görə, bunu yanvarın 13-də Türkiənin baş naziri Ahmet Davutoglu bildirib. Yanvarın 12-də İstanbulda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Ölənlərin hamısı xaricilərdir. Partlayış turistlərin gur olduğu Sultanəhməd Meydanında törədilib. Türkiyə hökuməti partlayışı törədənin suriyadan gələn yaraqlı olduğunu bildirir. Həmçinin Türkiyədə İslam Dövləti qruplaşması ilə əlbir olmaqda şübhəli bilinən 3 rusiyalı saxlanıb.
Xəbəri yanvarın 13-də “Dogan” agentliyi yayıb.


