Tehran cümə günü MAQATE-nin İranın nüvə proqramı ilə bağlı müsbət hesabatını açıqlayacağını, ardınca gələn həftənin bazar ertəsi sanksiyaların ləğv ediləcəyini gözləyir. Bu da İrana yaxın həftələrdə neft ixracını gündəlik 500 min barel artırmağa imkan verəcək. Bloomberg-in məlumatına görə, belə bir bəyanatla İranın xarici işlər nazirinin müavini Abbas Araqçı çıxış edib.
Onun sözlərinə görə, yaxın günlərdə İranın XİN başçısı Cavad Zəriflər AB-nin xarici siyasət üzrə komissarı Federika Mogerininin sanksiyaların aradan qaldırılması ilə bağlı birgə bəyanatı olacaq.
Araqçı qeyd edib ki, nüvə anlaşması ABŞ-la ticarət münasibətlərinə təsir etməyəcək. İranın terrora dəstək verməsi ittihamı ilə bağlı olan sanksiyalar qüvvədə qalacaq.
azadlıq.info



