aliyev-2013musavire2

Əliyev gömrükdə 10 minlik güzəşt qərarını ləğv etdi

aliyev-2013musavire2Ölkə başçısı İlham Əliyev vətəndaşlara gömrükdən 10 min manata qədər rüsumsuz mal keçirə bilmək hüququ verən fərmanını ləğv edib. Bununla bağlı ölkə başçısı yeni fərman verib. Fərmana əsasən, “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanın 1-ci hissəsi ləğv edilir.

Həmin hissədə qeyd olunurdu: “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.