Daha iki ticarət mərkəzi bağlandı

bine ticaret merkeziÖlkədəki maliyyə böhranı ticarət mərkəzlərinin bağlanmasına da gətirib çıxarıb. Bu günlərdə təkcə İnşaatçılar metrosunun yaxınlığında bir neçə iri dükan bağlanıb. Bunlardan biri Şərifzadə küçəsində yerləşən “Klassmen” dükanı, metronun yaxınlığında yerləşən “İnşaatçılar” ticarət mərkəzidir (keçmiş Almalı marketin yerində). Qeyd edək ki, metroda ticarət yığışdırılandan sonra satıcılar “İnşaatçılar” ticarət mərkəzində yerləşdirilmişdi.

azadlıq.info