Bakının 5 rayonu qazsız qalıb

qaz olumBu gün Bakının Binəqədi, Xətai, Nərimanov, Xəzər, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

“Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, – deyə qurumdan qeyd edilib. (Qaynar.info)