Xalqa qarşı təxribatları dayandırın!

ali-kerimli-tribunaSiyəzəndə, Füzulidə, Lənkəranda, Ağcabədidə devalvasiyaya, unun bahalaşmasına, işsizliyə dinc etiraz edən, dolana bilməyən, sadə, zəhmətkeş insanların qarşısına polislə, Daxili Qoşunla, Çevik Polis Alayı ilə çıxmaq lazım deyil. Nə edib o insanlar? İnsanlar yüksək mədəniyyətlə dərdlərini dilə gətirdikləri, heç bir zorakılığa əl atmadıqları halda niyə onlara qarşı zor tətbiq edirsiniz? Dinc etirazları niyə zorakılıq müstəvisinə çəkirsiniz? İndi əvvəlki vaxtlar deyil. Xalq çox narazıdır və həqiqətən dolana bilmir. Bu kimi səhvlər ağır nəticə verə bilər. Xalqa qarşı təxribatları dayandırın! Xalqın tələblərini eşidin və nəzərə alın!», – deyə AXCP lideri feysbuk səhifəsində yazıb.

Bununla yanaşı, o, ölkədə dinc etiraz aksiyalarına qarşı Daxili qoşunlardan istifadə edilməsinin qanunsuz olduğunu xatırladan paylaşım da edib.