Yanvarın 12-də Yardımlı rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 06:38-də Yardımlıdan 20 km şimalda Iran ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.6 olub, ocağı isə 27 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycan ərazisində, episentirə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.
(azərtac)