Çin iqtisadiyyatının yavaşlayacağı xofu ilə neft ucuzlaşmaqda davam edir. Çin dünyada ən böyük neft alıcısıdır.
Brent neftinin barreli 10% ucuzlaşaraq 30,55 dolları, Qərbi Texas neftinin (WTI) barreli isə 9% aşağı düşərək 30,53 dolları görüb.
Neft qiymətləri, Çin bazarlarındakı sarsıntının qlobal bazarlardakı satışlara təkan verməsi və ABŞ-da xam neft ehtiyatlarının artdığını göstərən rəqəmlə bağlı olaraq düşüb. Həmçinin Dolların güclənməsinin əmtəələrə olan tələbi azaltması da qiymətlərin geriləməsinə təsir göstərir.
(marja)