Bakıda qadınları qorxuya salan “gül buketi” ilə bağlı növbəti görüntüsü yayılıb. Oxucular Criminal.az-a qapıları əlində gül buketi ilə döyən oğlanın videogörüntülərini göndəriblər.
Qırmızı gödəkçəli oğlan mənzillərin qapısını döyərək onlara yaxınları tərəfində gül buketi göndərildiyini deyərək qapını açmağı tələb edib. İstəyinə nail olmadıqda isə növbəti mənzillərə üz tutur. Videodan da görünür ki, həmin şəxs qapının zəngini ilə yanaşı tez aradan çıxmaq üçün lifti də elə dayandığı mərtəbəyə çağıraraq hazır vəziyyətdə saxlayır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Criminal.az-a bildirdi ki, həmin şəxslərin kameralara düşmüş görqntüləri var və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Həmin görüntülərdə qapıları döyənlərin guya qorxuya düşərək qaçmaları və əllərindəki sellofan torbada guya qadınları öldürmək məqsədilə hansısa küt alət gəzdirmələri barədə heç bir kadr yoxdur.
Elə buradan da görünür ki, bu, bizim hər birimizin gündılik həyatımızda tez-tez rastlaşdığımız adi məişət hadisəsinin zorla kriminallaşdırılmasına yönəlmiş cəhddən, bəzi xəbər portallarının ucuz sensassiya dalınca qaçaraq həmin məlumatı dəqiqləşdurmək istəmədiyindən başqa bir şey deyil. Həmin şəxslər dünən rayon ərazisində yeni tikilən çoxmərtəbəli binada 3 mənzilin qapısını döyüb. Məqsədləri ilə gülü mənzillərdə satmaqla xəstə uşaq üçün ianə toplamaq olub. Üz tutduqları mənzillərdən birində qapı arxasında ev sahibi olan xanım qapını açmayıb. Digər qapını bir oğlan açıb və onlara pul verərək yola salıb. Başqa bir mənzilin xanımı qapını açmayıb və məsələ ilə bağlı həyat yoldaşını məlumatlandırıb. Ailə başçısı da 102 xidmətinə məlumat verib və bölməyə çağırılaraq izahatı alınıb. O.Mansurzadə əlavə etdi ki, həmin şəxslərin hansısa evə girərərək dayəni vurub oğurluq etməsi barədə polisə heç bir məlumat daxil olmayıb. Hazırda araşdırma aparılır.
https://www.youtube.com/watch?v=ghnvIM4dlCw