“Texnikabank” Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

icra-hakimiyyeti“Texnikabank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsini məhkəməyə verib.

“Report”un məlumatına görə, bank hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırılması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

Qərardan narazı qalan “Texnikabank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.