Messi 5-ci dəfə “Qızıl top” aldı

messi qizil top2015-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top”un yeni sahibi müəyyənləşib. İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə FİFA-nın sorğusuna əsasən, Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi ötən ilin ən yaxşı seçilib. O, səsvermədə  Madrid “Real”ından Kriştiano Ronaldo, “Barselona”dan Neymarı qabaqlayıb.

Bununla da Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.

Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.