Azərbaycanda üç nəfər dəm qazından zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, Bakının Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva evdə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Kürdəmir rayonunda da dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Rayon sakini Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək dünyasını dəyişib.
Analoji hal Bakının Nəsimi rayonunda da baş verib. Arzu Abdullayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Daha üç nəfər dəm qazından zəhərlənərək ölüb
•