“Barsa”nın baş məşqçisi dünyanın ən yaxşısı oldu 

luis enrikeBu gün 2015-ci ilin ən yaxşı məşqçisi adına aydınlıq gəlib. Bu mükafatı “Barselona”nın baş məşqçisi Luis Enrike qazanıb. O, səsvermədə Xosep Qvardiolanı (“Bavariya”) və Xorxe Sampaolini (Çili millisi) geridə qoyub.

Barselona” ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunu qazanan Luis Enrike ötən mövsüm komandasını çıxardığı 60 oyunun 50-də qələbə qazanıb, 4-də heç-heçə oynayıb, cəmi 6 görüşdə isə uduzub.