Şikayətçilər baş prokurorun qəbuluna necə düşdülər?
Baş Prokurorluğun qarşısında Zakir Qaralova qarşı orijinal aksiya keçirilib. “Azadlıq”a daxil olan məlumata görə, hadisə yanvarın 7-də səhər saatlarında baş verib.
Məlumatda deyilir ki, həmin gün səhər saatlarında xeyli sayda şikayətçi Baş Prokurorluğun qarşısına toplaşıb. Onların əhəmiyyətli hissəsi dəfələrlə bu quruma şikayətə gələnlər olub. Məlumata görə, həmin vaxt işə gələn Zakir Qaralov binaya daxil olmaq istəyərkən şikayətçilər əllərində tutduqları ərizələri şüar kimi yuxarı qaldırıblar. Belə bir aksiya Zakir Qaralov üçün gözlənilməz olub. O, dərhal əlilə şikayətçilərə ərizələri aşağı salmağı işarə edib və işə onları qəbul edib şikayətlərini dinləməklə başlayıb.