Azərbaycan məmurları xarici banklardakı pulları geri çəkməyə başlayıblar. Hakimiyyətdəki qaynağımızın məlumatına görə, ABŞ-ın sanksiya xəbərdarlığından sonra məmurlar ard-arda Avropa ölkələrinə səfər ediblər. Bəzi media qurumlarında bu onların qış istirahəti kimi qələmə verilib. Əslində isə həmin məmurlar xarici banklardakı pullarını çıxarmaq üçün ora gediblər.
Mənbəmiz iddia edir ki, məmurlara pullarını geri çəkmək hakimiyyətin zirvəsindən tapşırılıb.
Yada salaq ki, konqresmen Kristofor Smit və senator Ben Kardin ABŞ Konqresinə Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan qanun layihələri təqdim edib.
İnformasiya şöbəsi


