“Bakcell” Yeni il kampaniyasına start verir

bakcell«Music Gallery» ilə birgə «Ulduzum» müştəriləri üçün

Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi “Bakcell” şirkəti “Music Gallery” mağazalar şəbəkəsi ilə birlikdə “Ulduzum” müştəriləri üçün BONUSLARIN təqdim olunmasını nəzərdə tutan Yeni il kampaniyasına başlayıb.

31 yanvar 2016-cı ilədək davam edəcək “Bakcell” şirkətinin bu yeni kampaniyası çərçivəsində “Ulduzum” kodunu əldə edən hər bir müştəri “Music Gallery” mağazalarından 20 AZN BONUS əldəÿetmələri barədə təbrikÿmesajıÿda alacaq.

20 AZN BONUSDAN faydalanmaq üçün “Ulduzum” müstəriləri “Music Gallery” mağazalarında alış-veriş etdikləri zaman *5555**YES yığaraq və ya Ulduzum mobil proqramındanÿistifadə edərək Ulduzum kodunu almalı və SMS-lə aldıqları həmin koduÿmağazanın kassirinə təqdim etməlidirlər.

Qeyd olunan 20 AZN BONUS “Music Gallery” mağazalarından “Ulduzum” müştərilərinə Yeni il kampaniyasının keçirilmə müddətində yalnız bir dəfə təqdim edilir.

“Music Gallery” mağazalarının ünvanları:

1) 28 Mall Ticarət Mərkəzi (1-ci mərtəbə)

2) Ə.Əliyev küçəsi 9

3) Azadlıq prospekti 114, H.Əliyev küçəsi

4) Azadlıq prospekti 14, 28 May küçəsi

5) F.X.Xoyski küçəsi 118A

6) M.Hadi küçəsi 27

7) Ş.Bədəlbəyli küçəsi 98

1 milyon 700 min nəfərdən çox müştərisi ilə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrində telekommunikasiya sahəsində bu gün ən yaxşı istehlakçı xidməti olan “Bakcell” şirkətinin “Ulduzum” proqramı abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edir, şirkətin öz müştəriləri və “Ulduzum” proqramının tərəfdaşları olan müəssisələrin müştəriləri üçün faydalar verərək müştəri sadiqliyini təşviq edir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə “Bakcell” abunəçiləri mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən “Ulduzum” endirimlərindən faydalana bilirlər.