Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
Ölkənin bank bazarındakı mənbə bildirib ki, bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq. (Trend)