Ər və arvad evdə yanaraq öldü

rusiya-yanginSuraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub.

Vətəndaşa məxsus, ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Hadisə nəticəsində ev sahibi, 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı, 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.