Qənimət Zahiddən şok xəbərdarlıq

qanimat-zahid-yeni“Avropadakı fəallar ehtiyatlı olsunlar!”

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahid feysbuk səhifəsində maraqlı məlumat paylaşıb. Q.Zahid yazır ki, Avropada Əliyevlər hakimiyyətinə müxalif olan azərbaycanlı fəallara qarşı sui-qəsdlər planı barədə məlumat alıb.

“Bu gün səhər tezdən aldığım bir xəbərdə belə iddia edildi: “Avropada xüsusi fəallığı ilə seçilən azərbaycanlılara qarşı xüsusi “ləğvetmə” qərarı verilib. “Örtülü terror” ola bilər. Açıq şəkildə güllələmə, döyüb öldürmə deyil, sadəcə Litvinenko işində olduğu kimi. Başqaları ilə təmaslarına diqqət et, qonaqlıqları ixtisara sal, yaxından tanımadığın adamlarla harda gəldi yemək yemə, hətta çay belə içmə!”. Mənə qəribə gəldi: axı, mənim Avropada heç bir fəallığım yoxdur və bu xəbərin mənə nə dəxli var? Fəallar ehtiyatlı olsunlar!”, – deyə Q.Zahid yazıb.