Nardaran Ağsaqqallar Şurasının sədri həbs edildi

natiq-kerimov1

Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

***

Hüquq-mühafizə orqanları Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimovu saxlayıb.

Onun barəsində cinayət işi açılıb. N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

N.Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə aparıldığı deyilir (report.az).