Keçən saylarımızın birində Xüsusi Təyinatlı Polis dəstəsinin keçmiş komandiri Nizami Şahmuradovun ölkə başçısına müraciətini dərc etmişdik. Həmin yazıdan sonra bir xeyli insan “OMON” komandirinə dəstək məqsədi ilə redaksiyamızın elektron poçtuna məktüb ünvanlayıblar. Paytaxt sakini Fuad Ağayevin göndərdiyi yazını oxucularımıza təqdim edirik.
“Keçmiş “OMON” komandirindən Əliyevə müraciət məqaləsini oxudukdan sonra qərara gəldim ki, kecmiş doyüşçü yoldaşıma dəstək olum. Məndə keçmiş XTPD əməkdaşı olmuşam və Dağlıq Qarabağvə ona həmsərhəd rayonların ermenilərdən qorunmasında şəxsən Nizami Şahmuradovla birlikdə iştirak etmişəm. 1991-ci ilin may, avqust, noyabr aylarında Gülüstan rayonu Todan, 1992-ci ilin yanvar ayında Füzuli rayonuAşağı Veysəlli, Yuxarı Veysəlli, Tuğ kənlərində, eləcə də Ağdam rayonunun Paprəvənd kəndində, 1992-ci ilin may ayinin 8-də isə o zamankı, Daxili İşlər naziri Tahir Əliyevlə birlikdə Lacına, ordan isə Şusaya kömək məqsədiylə Zarıslı, Turşsu kəndlərində olmuşuq. 1992-ci ilin may ayinin 11-12 Şahmuradov Nizaminin rəhbərliyi ilə Kirs dağına, ermeni qüvvələrinin cəmləşdiyi yerə onunla birlikdə kəşfiyyata getmişik. Şusanı ordu hissələrimiz tərk etdikdən sonra Şusaya daxil olmuş ermeni qüvvələrinin qarşısında duran hansı qüvvə idi? Mərhum telerepartyor Cingiz Mustafayevin bunlari təsdiq edən video kadrları var. Azərbaycan ordusunun o zamankı uğuru Agdərənin alınması əməliyyatında sonacan Şahmuradov Nizami və onun qardasi Vidadi iştirak ediblər. Nizami Şahmuradova qarşı bu cür haqsız və ədalətsizlik kompanya aparılmasını pisləyirəm. Məndə Qarabağ qazisiyəm. Amma eyni ədalətsizlik kompaniyası mənə qarşı da aparılıb. 2015-ci ilin aprel ayından 13 illik əmək fəaliyyətimə siyasi baxışlarıma görə haqsız təzyiqlərə məruz qalaraq Qarasu Şirkətindən xaric olunmuşam. Hesab edirəm ki, hər bir şəxs hər şeydən öncə Azərbaycan vətəndaşıdır və hüquqlarımız Azərbaycan Konstitusyasına uyğun qorunmalıdır kiminsə şəxsi sifarişi hesabına yox. İnsanlarımıza bu cür prizmadan yanaşma yolverilməzdir.Düşünürəm ki, keçmiş döyüşçü Şahmuradov Nizami tezliklə onun bir zamanlar qanı bahasına qazandığı Qarabağ Müharibəsi Veteranı statusunu alacaqdır.”