Şamaxı sakini donaraq ölüb

olumŞamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb.

Hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb.

Şahidlərin dediyinə görə, kənd sakini, 1992-ci il təvəllüdlü Mixail Elyayev ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

(apa)