Qətər İrandakı səfirini geri çağırır. Bu qərar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücuma etiraz əlaməti olaraq qəbul olunub.
Xatırladaq ki, Ər-Riyad yanvarın 3-də İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Buna səbəb şiə məzhəbindən olan alim Nimr ən-Nimrin edamına etiraz edən nümayişçilərin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etmələri olub.
Daha sonra Bəhreyn, Sudan, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik münasibətləri işlər müvəkkili səviyyəsinə endirdiklərini bəyan ediblər.
Həmçinin Cibuti hakimiyyəti İranla diplomatik münasibətləri pozub.