Səudiyyə İranla münasibətləri bərpa etmək üçün şərt qoydu
Səudiyyə Ərəbistanı Iranla diplomatik münasibətləri hansı şərtlə bərpa edə biləcəyini açıqlayıb. Krallığın BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Müəllimi bildirib ki, qonşularının işinə müdaxilədən əl çəkəcəyi təqdirdə Tehranla əlaqələri bərpa edə bilər. Əl-Müəllimi Tehranla münasibətlərin gərginləşməsinin Səudiyyənin Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindən imtinasına səbəb olmayacağını da diqqətə çatdırıb. Ər-Riyad Iranla diplomatik münasibətlərin pozulmasından sonrakı vəziyyətlə bağlı yeni tədbirlərin görüləcəyini də bəyan edib.
Hava və ticarət əlaqələrinə son verilir
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Iranla bütün hava əlaqələrinin dayandırıldığını, həmçinin ticarət münasibətlərinin kəsiləcəyini və bu ölkəyə turist səfərlərinə qadağa qoyulacağını deyib.
BMT Təhlükəsizlik Şurası Iranda Səudiyyə Ərəbistanının diplomatik missiyasına hücumu qınayıb və Tehranı bütün diplomatik obyektləri və onların əməkdaşlarını qorumağa çağırıb. Iran isə öz növbəsində ölkədəki diplomatları heç bir təhlükə gözləmədiyini bildirib və vəziyyətin gərginləşməsində Ər-Riyadı günahlandırıb.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və Irana yollanıb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dücarrik bildirib.
Onun sözlərinə görə, Mistura əvvəl Ər-Riyadda, sonra isə Tehranda danışıqlar aparacaq.
“Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”, – deyə S.Dücarrik qeyd edib.
Dünən Küveytÿdə Irandakı səfirini geri çağırıb. Buna səbəbÿkimi Iranın Səudiyyənin bu ölkədəki diplomatik missiyasına hücumu göstərib.
Səudiyyə ilə Iran arasında diplomatik əlaqələr kəsiləndən sonra Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırmışdı.
BMT hər iki ölkəni qınadı
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun da ÿSəudiyyə Ərəbistanınıÿ və ÿIranıÿ münasibətlərini qaydaya salmağa çağırıb. Baş katib Səudiyyə Ərəbistanı və Iranın xarici işlər nazirləri ilə telefonla danışıb.
Pan Gi Mun nazirlərlə söhbətində hər iki ölkəni vəziyyəti daha da ağırlaşdırmamağa çağırıb. Təşkilat rəhbəri Səudiyyə Ərəbistanı xarici işlər nazirivAdil əl-Cübeyrÿvə Məhəmməd Cavad Zəriflə söhbətində Səudiyyəni kütləvi edamlara görə, Iranı isə edamlardan sonra Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyinə hücumlara görə qınayıb.
“Din xadiminin edamı Yaxın Şərqdə gərginliyi daha da artırır. Hər iki hadisədən sonra sülh yaradan diplomatik münasibətlərin dayandırılması haqqında qərarları pisləyirəm. Dövlətləri vəziyyəti gərginləşdirməməyə çağırıram”- deyə, baş katib əlavə edib.
Rusiya Xarici Işlər Nazirliyinin rəsmisi qeyd edib ki, Iran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik etməyə hazırdır.
Iki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla terrorda ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı Iranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.
Savaş təhlükəsi
“Səudiyyə Ərəbistanı ilə Iran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilər”.
Bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni deyib.
Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: “Iki ölkə arasındakı münasibətlərə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, bu, Iranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerci daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər”.
General bildirib ki, Ər-Riyadla Tehran arasında münaqişə terrorçu IŞID qruplaşmasına qarşı mübarizədən diqqəti yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına da gətirib çıxara bilər.
Son gərginlikdən sonra Britaniya mətbuatında şiə və sünnilər arasında münasibətlərə həsr olunmuş xeyli sayda məqalə dərc edilib.
“Islamın 1400 illik çatı”
Məsələn, “The Independent” qəzetincə “Islamın 1400 illik çatı” başlıqlı maraqlı məqalə dərc olunub. BBC-nin məlumatına görə, məqalədə Səudiyyə və Iranın müsəlman şərqində iki güc mərkəzini təmsil etməsindən və Yaxın Şərq boyunca nüfuz rəqabəti aparmasından bəhs olunur: “Səudiyyə Ərəbistanına Səud ailəsi deyilən sünni monarxiya sülaləsi hökmdarlıq edir. Bu ölkədə əhalinin 90 faizi sünnilərdir.
Iran Islam Respublikasındakı müsəlmanların 95 faizi isə şiələrdir. Hər iki ölkə böyük neft ixracatçısıdır. Səudiyyə ərazicə böyük bir sahəyə malik olsa da, Iran əhalicə ondan iki dəfə böyükdür”.
“The Independent” yazır ki, teoloji ixtilaf bu iki ölkə arasında keçilməz hasara çevrilib: “Bir məzhəb digərinin əsl Islam olmadığını bəyan edir”.
Sünni-şiə parçalanmasına nə səbəb olub?
Müəllif qeyd edir ki, 1400 illik sünni-şiə münaqişəsi Məhəmməd peyğəmbər 632-ci ildə vəfat etdikdən dərhal sonra başlanıb: “Peyğəmbər ölümündən əvvəl varisi barədə heç nə demədiyinə görə, dindarlar arasında böyük parçalanma yaranıb.
Onlardan bir qrupu peyğəmbər xələfinin seçki qaydası ilə müəyyənləşməsini istəyir, digəri isə xəlifənin Məhəmmədin öz nəslindən birisinin olmasını tələb edirdi.
Çox sayda dəlillər gətirilir. Lakin sünnilər inanırlar ki, Məhəmməddən sonra liderliyə gəlmiş Əbu Bəkr “doğru xəlifə” olub. Şiələr isə yalnız 4-cü “doğru xəlifənin” – yəni Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ibn Abu Talibin “əsl doğru xəlifə” olduğunu iddia edirlər.
Ümumiyyətlə isə, müsəlman aləmində, Islamın qızıl dövründə ilk dörd xəlifənin doğruluğu qəbul edilir – Əbu Bəkr, Ömər, Osman və Əli. Lap dərinə gedəndə sünnilərin əksəriyyəti ilk iki xəlifəni “doğru” hesab edirlər.
Əlidən əvvəlki iki xəlifə sui-qəsd nəticəsində həlak olub.
Ilkin mübahisə Əbu Bəkr və Əlinin üstündə olsa da, onların hər ikisi xəlifəlik edib. Lakin düşmənçilik bu günə qədər kəsilməyib. Bu çəkişməni Məhəmməd peyğəmbərə aid edilən mühüm bir hədis də qızışdırıb: “Mənim ümmətim mən öləndən sonra 73 təriqətə parçalanacaq. Onların birini çıxmaq şərtilə qalanları cəhənnəm odunda yanacaq”. Təbiidir ki, istər sünnilər, istərsə də şiələr həmin o “istisna”nın özlərinə aid olduğuna əmindirlər”.
Kim nəyə etiqad edir?
Məqalədə deyilir ki, bu 14 əsrlik parçalanma dövründə hər iki məzhəb öz mədəniyyətini, fəlsəfəsini və ilahiyyatını yaradıb. Hər iki məzhəbdə mötədillər və ekstremistlər olsa da, sünnilər diqqəti daha çox Allahın qüdrətinə, şiələr isə şəhidliyin o dünyada verdiyi mükafatlara çəkirlər: “Bütün dünyadakı müsəlmanların 85 faizi sünnidir. Onlar Mərakeşdən Indoneziyaya qədər geniş coğrafiyada yayılıblar.
Yalnız Iran, Iraq, Azərbaycan və Bəhreyndə əhalinin əksəriyyəti şiələrdir. Yəmən, Livan, Küveyt, Suriya və Qətərdə də əhalinin əhəmiyyətli hissəsini şiələr təşkil edirlər.
Səudiyyə tərəfindən dəstəklənən Bəhreyn krallığında əhalinin əksəriyyəti şiə olsa da, hakim Xəlifə ailəsi sünnidir. Iraqa 20 il ərzində sünni Səddam Hüseyn rəhbərlik etmişdi, halbuki orada da əhalinin çoxluğu şiədir.
Əksinə, Suriyada prezident Bəşər Əsəd şiə ələvi təriqətindən olsa da, əhalinin əksəriyyəti sünnilərdir. Və əlbəttə, Iranla Səudiyyə arasında təmsilçi müharibəyə çevrilmiş Yəmən münaqişəsində şiə husi qiyamçıları ölkənin sünni rəhbərliyini devirmişdilər. Yəmən şiələri sünnilərdən də irəli gedərək 4 ilk xəlifənin dördünü də qəbul edirlər”.ÿ
Xatırladaq ki, Tehranla Ər-Riyad arasında münasibətlər ötən şənbə günü Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə din xadimi Nimr ən-Nimrin edamından sonra kəskinləşib.