Dollarla avronun qiyməti dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyutaların yanvarın 6-a manata nəzərən məzənnəsini açıqlayıb.

dollarÖtən günlə müqayisədə, ABŞ dolları bahalaşıb, avro və rus rublu isə ucuzlaşıb.

Belə ki, 1 ABŞ dollarının məzənnəsi dünənki 1,5610 manatdan bu gün 1,5626 manata yüksəlib.

1 avro dünənki 1,6895 manatdan bu gün 1,6796 manata enib.

1 rus rublunun məzənnəsi isə dünənki 2,15 qəpikdən bu gün 2,13 qəpiyə enib.