Devalvasiya ilə əlaqədar büdcədə hansı sahələr “qayçılacanacaq”?

oqtay-haqverdiyevOqtay Haqverdiyev: «Yəqin ki, investisiya sahəsinə yenidən baxılacaq, bəzi layihələr növbəti illərə keçirilə bilər»

Ölkədə keçən il ərzində baş verən iki devalvasiya hadisəsi iqtisadiyyata ciddi zərbə vurdu. 2016-cı ilin dövlət budcəsində dolların manatla müqayisədə 1,05 həddə müəyyənləşməsi 21 dekabrdakı ikinci devalvasiyadan sonra qüvvədən düşdü.

Ilin sonuna yaxın baş vermiş ikinci  devalvasiya büdcəyə yenidən baxılmasını zəruri edib. Dövlət başçısı Ilham Əliyev də 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılacağını deyib.

Xatırladaq ki, 2016-cı ilin dövlət büdcəsi 20 milyard manatdan 14,5 milyard manata salınmışdı. Milli valyutanın dollar qarşısında ikinci dəfə, daha böyük faizlə dəyər itirməsindən sonra büdcədə 12 milyarda yaxın azalma baş verdi. Maraqlıdır, 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılsa, bu, hansı sahələri əhatə edəcək? “Qayçılanma” harda ola bilər? Bir-birini təkrarlayan strukturlar, komitələr, istintaq orqanları yenə də ixtisardan kənarda qalacaqmı?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, büdcədəki bəzi maddələr müdafiə olunan maddələrdir və tamamilə sosial məsələlərlə əlaqədardır. Yəni, əməkhaqqı, pensiya, müavinətlər, pulsuz dərmanların alınıb paylanması, xarici borcun qaytarılması kimi maddələrə toxunulmayacaq: “Sosial sahələrə demək olar ki, toxunulmayacaq. Yəqin ki, investisiya sahəsinə yenidən baxılacaq. Bəzi layihələri növbəti illərə keçirmək mümkündür. Həmçinin idarəetmədə də hansısa ixtisarlar ola bilər. Nəqliyyat Nazirliyinin bütün səlahiyyətləri əlindən alınıb. Lazım gəlsə, həmin nazirliyi, bu kimi qurumların ləğvilə hansısa xərcləri azaltmaq olar”.

Nigar