1 milyon 392 min azərbaycanlı Gürcüstanda istirahət edib

gurcustan-serhed2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb. Ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur.

Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib. Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur. Ümumilikdə, siyahıya Ermənistan liderlik edir. Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur. Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.

 

 

(apa)