Tehranın siyasətinə etiraz əlaməti olaraq Sudan hökuməti İranın bu ölkədəki səfirini qovub. Yanvarın 4-də Sudan İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Buna səbəb Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumdur. Bu barədə “Reuters” məlumat yayıb.
Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb
Xatırladaq ki, Səudiyyə Ərəbistanının ardınca Bəhreyn də İranla diplomatik əlaqələri kəsib. Diplomatik etiraza Birləşmiş Ərəb Əmirliyi də qoşulub.
azadlıq.info