Madridin “Real” klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb. İspaniya La Liqasında “Valensiya” ilə 2:2 hesablı bərabərlikdən sonra klub rəhbərliyi ispan mütəxəssisi istefa göndərməyə qərar verib. Madrid klubunun prezidenti F.Peres mətbuat konfransında R.Benitesi qovduğunu rəsmən açıqlayıb. “Real”ı bu mövsümün sonuna kimi Madrid klubunun ikinci komandası “Kastilya”nın baş məşqçisi Zinəddin Zidan çalışdıracaq.

“Real” Beniteslə yollarını ayırdı
•
•


