İran tələsik hərəkətlərdən çəkinməyə çağırır

iran-seudiyyeİran prezidentinin birinci müavini İshaq Cahangir Səudiyyə Ərəbistanının Tehranla əlaqələri kəsmə qərarına münasibət bildirib. Səlahiyyətli Riyadın bu qərarından İranın zərər görməyəcəyini bildirib. Cahangir, əksin, əlaqələri kəsilməsindən Səudiyyənin əziyyət cəkəcəyini deyib. O, İranın böyük ölkə olduğunu və bu böyüklüyə yaraşan şəkildə hərəkət edəcyini bildirib.

“Tələsik və məntiqsiz hərəkətlərdən çəkinmək lazımdır. Riyadın son illərdə apardığı siyasət bölgədə terrorçuluğun yayılmasına və qarışıqlığa səbəb olub”,-deyə Cahangiri bildirib.

 

Aydın Taş