Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi

iran sefirlikBəhreyn İranla diplomatik münasibətləri kəsib.

Bu haqda “Reuters” məlumat yayıb.

Bir müddət öncə Səudiyyə Ərəbistanında Nimr əl-Nimrin edamına etiraz olaraq aksiya keçirilib. Polis aksiyanın bir neçə iştirakçısını tutub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini elan edərək, iranlı diplomatlara krallıq ərazisini tərk etməsi üçün 48 saat vaxt qoyub.

Onu da qeyd edək ki, iki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan Nimr ən-Nimr də daxil olmaqla, “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

 

 

(report)