Türk hakerlər rus nazirin hesabını ələ keçirdi

rus-nazirRusiya ilə Türkiyə arasında qarşılıqlı kiberhücumlar davam edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, türk hakerlər Rusiyanın kommunikasiya naziri Nikolay Nikiforovun «İnstagram» hesabını ələ keçiriblər.

«Brteine Siber Tim» adlı haker qrupu nazirin səhifəsinə türk bayrağı və təyyarəsinin şəklini yerləşdiriblər. Və səhifəyə ingilis və türk dillərində hücumu onların gerçəkləşdirildiyi barədə xəbər qoyublar.