Nəqliyyat nazirinin şirkətlərinin sıradan çıxarılmasına start verilib
Nəqliyyat naziri Ziya Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta” ASC ləğv edilib. Bu barədə məlumatı Vergilər Nazirliyi yayıb.
“Qarant Sığorta” ASC “Qarant Holdinq”ə daxil olan iri şirkətlərdən biri idi. Belə iddialar var ki, Ziya Məmmədovun portfelsiz məmura çevrilməsindən sonra onun biznes imperiyasının çökdürülməsinə start verilib. Qeyd edək ki, Nəqliyyat Nazirliyi faktiki olaraq bütün səlahiyyətlərini itirib. Növbəti ildə bu qurumun ləğv ediləcəyi barədə məlumatlar var. Bildirilir ki, hökumətin zirvəsində ən iri oliqarxlardan olan Ziya Məmmədovun biznesinin saxlanılması məqsəduyğun sayılmayıb. Bu baxımdan onun şirkətləri ya tədricən sıradan çıxarılacaq, ya da başqa bir oliqarxın nəzarətinə veriləcək.