Hökumət siyasi partiyaları da ləğv etmək niyyətindədir

nureddin-memmedliNurəddin Məmmədli: «Konstitusiya hər bir vətəndaşa siyasi fəaliyyətlə məşğul olmaq haqqı verib, bunu heç bir şərt daxilində məhdudlaşdırmaq olmaz»

Aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər.

Bu barədəÿ”modern.az”a Milli Məclisin Ictimai birliklər və dini qurumlar komitəsininÿsədri Siyavuş Novruzov məlumat verib. Deputat bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanır: “Ictimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə, fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa Ittifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.

Komitə sədri deyib ki, siyasi partiyaların alver predmetinə çevrilməsinə yol vermək olmaz: “Indi biri partiyanı satır, biri də alır. Və ya siyasi partiyalarda müəyyən hadisələr baş verir. Məsələn, AXCP-ni misal çəkim. Bir tərəf deyir ki, ”AXCP mənəm”, o biri də deyir ki, “yox, mənəm”. Eyni şey demək olar ki, Müsavat Partiyasında da baş verir. Belə fikir ayrılıqları və hansı tərəfin qanuni olmasına dair qanunvericilikdə tutarlı təkliflər hazırlanır”.

Siyavuş Novruzov partiya rəhbərliyinə iddialı tərəflərin hansının hüquqi əsaslarının olmasının məhkəmə qaydasında müəyyən ediləcəyini vurğulayıb: “Problemlər məhkəmə qaydasında həll olunmalıdır. Təbii ki, məhkəmə də qanuna istinad etməlidir. Qanunla bunların, ad məsələlərinin müəyyən edilməsi qanunvericiliklə təsdiq edilməlidir”.

Deputat onun da əlavə edib ki, iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanması da nəzərdə tutulur.

Seçki saxtakarlığının baş verdiyi, aparıcı partiyaların ofislərinin əllərindən alındığı, bərabər seçki imkanının yaradılmadığı şəraitdə belə bir bəyanat verilməsi nədən xəbər verir?

Professor Nurəddin Məmmədli deyir ki, siyasi partiyaların bağlanması kontekstində dəfələrlə belə məsələlər gündəmə gəlib. Onun sözlərinə görə, belə bir fikir Konstitusiyaya,  imzaladığımız beynəlxalq konvensiyaların tezislərinə tamamilə ziddir: “Çünki Konstitusiyamız hər bir vətəndaşa başqalarıyla birləşərək siyasi fəaliyyətlə məşğul olmaq haqqı verib. Bu haqqı heç bir şərt daxilində məhdudlaşdırmaq olmaz. Eyni zamanda, bu barədə dünya praktikası da var. Dünyanın heç bir demokratik ölkəsində siyasi partiyaların qeydiyyatı anlayışı yoxdur. Ölkəmizi demokratik, inkişaf etmiş görmək istəyiriksə, siyasi partiyaların ləğvi məsələsi siyasi instrument kimi aradan qaldırılmalıdır. Hansısa partiya uğursuz seçki kampaniyası aparırsa, xalqın etimadını doğrulda bilmirsə, deməli, təbii şəkildə siyasi arenadan silinib gedir. Ona görə də demokratik ölkə üçün siyasi partiyaların fəaliyyətinə məhdudiyyət qoyulmamalı və onlara şərait yaradılmalıdır”.

Nigar