Dubayda dünyanın ən yüksək göydələni olan Burç Xəlifənin yaxınlığında yerləşən
63 mərtəbəli 5 ulduzlu Address Hoteldə yanğın başlayıb. Yanğın bütün binanı əhatə etməzdən əvvəl oteldə qalan minlərlə turistin azad edilməsi böyük bir faciənin qarşısını alıb.
Dubay mülki müdafiə səlahiyyətliləri insan itkisi və yaralananların olmadığını bildirib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Aydın Taş