Co Bayden Türkiyəyə gedir

baydenABŞ-ın vitse-prezidenti Co Bayden yanvarın 23-də Türkiyəyə işgüzar səfər edəcək.

Co Bayden birgünlük səfər çərçivəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Gözlənildiyinə görə, danışıqların əsas mövzusu İŞİD-lə mübarizə olacaq.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti yanvarda həmçinin İsveçrədə, ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.

 

(virtualaz)