«Xalq Bank» pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edən abunəçilərinə
Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi “Bakcell” şirkəti “Xalq Bank” ilə birlikdə “Daha çox köçür, daha çox qazan!” adlı yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.
Bu kampaniyanın məqsədi “Xalq Bank”ın potensial müştəriləri tərəfindən həyata keçirilən pul köçürmə əməliyyatlarınıÿhəvəsləndirməkdir.
Kampaniya 10 dekabr 2015-ci ildən başlanıb. Kampaniyanın davam etdiyi müddətdə “Xalq Bank”ın filiallarında fəaliyyət göstərən Western Union, Contact, Privat Money, LIDER, UPT, Blizko, Monex pulköçürmə sistemlərindən istifadə edən müştərilərə “Bakcell” mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcəkdir.
“Xalq Bank”ın filiallarında qeyd olunan təcili pulköçürmə sistemləri vasitəsilə “Bakcell” abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.
“Xalq Bank”ın filiallarında təcili beynəlxalq pulköçürmə sistemləri vasitəsilə 100 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən və ya alan “Bakcell” abunəçilərinin balansınaÿpulsuz 10 danışıq dəqiqəsi yüklənir.
500 AZN-dən 1000 AZN-ə qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 AZN-dən yuxarıdırsa, abunəçiyə “Bakcell” şirkətindən 30ÿpulsuz danışıq dəqiqələri hədiyyə verilir.
Bu kampaniya çərçivəsində, Monex pul köçürmə sistemi vasitəsilə 101 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 AZN-dən 1000 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə “Bakcell” şirkətindən 10 dəqiqə, 1001 AZN-dən yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15ÿpulsuz danışıq dəqiqələri hədiyyə verilir.
Daha ətraflı məlumat üçün http://ulduzum.az/partner/XalqBank səhifəsinə daxil olmağınız və ya 138 nömrəsinə zəng vurmağınız xahiş olunur.