AXCP rəhbərliyi partiyanın siyasi məhbus ailələrini ziyarət edib

image

AXCP rəhbərliyi yeni il münasibətilə partiyanın siyasi məhbus olan üzvlərinin ailələrinə baş çəkib.
Dekabrın 30-da partiya sədri Әli Kərimli müavini Fuad Qəhrəmanlının ailəsini ziyarət edib (AXCP lideri ötən yeni il günündə də digər müavini Seymur Həzinin ailəsini ziyarət etmişdi).
Bundan başqa, partiyanın sədr müavini Seymur Həzinin, Rəyasət Heyətinin üzvləri Asif Yusifli və Məmməd İbrahimin, Gənclər Komitəsinin fəalı Elvin Abdullazadənin ailələri də AXCP rəhbərliyi adından ziyarət olunub. Partiyanın qalan siyasi məhbus üzvlərinin ailəlrinə də bu gün baş çəkilib.
Ailələri ziyarət zamanı partiya adından onlara haqsız həbslərə mərdlik və mübarizliklə sinə gərdikləri üçün minnətdarlıq olunub, AXCP üzvlərinin, demokratik ictimaiyyətin dəstəyi çatdırılıb.