Əli Kərimli xalqı təbrik etdi

alikarimli-mitinqdeAXCP sədri Əli Kərimli yeni il və həmrəylik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Əziz həmvətənlər, sizləri yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm! Devalvasiyalarla, faciələrlə, əsgər ölümlərilə, repressiyalarla zəngin olan 2015-ci il arxada qalır. Pozitiv olaq və ümid edək ki, 2016-cı il millətimizə düşərli il olacaq.
Sizlərə yeni ildə can sağlığı, xoşbəxtlik və şəxsi arzularınızın reallaşmasını arzulayıram. Bu bayram günlərində siyasi məhbus olan dostlarımıza, nahaqdan həbs olunan hər bir soydaşımıza azadlıq, Vətənin keşiyində duran əsgər və zabitlərimizə isə can sağlığı arzulayıram. Allah əsgərlərimizi qorusun! Özümüzə, millətimizə inanaq! İnanaq ki, yaşadığımız bu çətinliklərdən çıxış yolları var. Hamımız birlikdə səy göstərib, çıxış yolu tapacağıq. Digər xalqlar kimi biz də bacaracağıq!”