Kart vasitəsilə valyuta çıxartmaqda çətinlik

bankomatDünəndən kommersiya banklarının hesabdan və plastik kart vasitəsilə valyuta çıxarmağa məhdudiyyət qoyduğu bildirilir.

Bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bundan başqa, bir sıra banklarda pul çıxarılmasına limit qoyulub –2 min dollar.

Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə dollar az olduğundan tez qurtarır:

“Hər bankomatda müəyən məbləğdə dollar olur. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir. Əhali kartında manatda olan pulunu dollarda çıxardır”.

 

(marja)