Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Türkiyəyə səfər edib.
Bu barədə o özünün Facebook səhifəsində yazıb. Saakaşvili İstanbul bələdiyyə başqanı Kadir Topbaşın dəvəti ilə İstanbulda olduğunu bildirib: “Mer Kadir Topbaş şəhərdə həyata keçiriləcək layihələrlə bizi tanış etdi. Biz Odessadakı İstanbul parkının yenidən qurulmasını da müzakirə etdik. İstanbul meriyası parkı çox gözəl və rahat bir yerə çevirmək üçün bütün xərcləri öz üzərinə götürür. Biz razılaşdıq ki, parkın açılışına türk iş adamlarından ibarət böyük nümayəndə heyəti gələcək və Odessa vilayətindəki investisiya layihələri müzakirə olunacaq. Gələn il yanvarın sonunda isə biz Odessanın investisiya imkanlarına dair İstanbulda təqdimat keçirəcəyik”.